Dünyaca məşhur musiqiçi də koronavirusa yoluxdu


Dünya 06 Apr 2020 14:39:00 109 0

Dünyaca məşhur musiqiçi də koronavirusa yoluxdu

Dünyaca məşhur musiqiçi, "Duran Duran" qrupunun üzvü Con Teylor da koronavirusa yoluxub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bu barədə "Facebook" səhifəsində məlumat verib.

Gitaraçı bir müddət əvvəl virusa yoluxduğunu və artıq sağaldığını yazıb:

"Əziz dostlar, üç həftə öncə keçdiyim koronavirus testinin nəticəsi pozitiv çıxmışdı. 59 yaşında sağlam və şanslı biriyəm ki, bu prosesin öhdəsindən gələ bildim".