Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı


Digərləri 06 Apr 2020 13:55:00 107 0

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən Son.az-a bildirilib ki, aprelin 6-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 258,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76 faiz təşkil edib.