Yazgül Abdiyeva: "Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik"


Digərləri 06 Apr 2020 14:00:00 124 0

Yazgül Abdiyeva: "Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik"

Dövlət koronavirusla mübarizə sahəsində bütün mümkün tədbirləri həyata keçirir. Hazırkı şəraitdə vətəndaşlardan məsuliyyətli olmaq tələb edilir.

Son.az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, karantin qaydalarına riayət edilməməsi sonda daha böyük itkilərin yaranmasına səbəb olacaq.

Avropa ölkələrinin mənfi təcrübəsini nümunə göstərən mütəxəssis qeyd edib ki, insanlar koronavirusla bağlı vəziyyətin inkişaf etmiş ölkələrdə olduğu kimi olmasını istəmirlərsə, qaydalara əməl etməlidirlər.

Alim hesab edir ki, vətəndaşlar karantinlə bağlı dövlətin qoyduğu qaydalara ciddi əməl etməklə bu virusun yayılmasının qarşısını almağa töhfə vermiş olarlar:

"Biz indi yalnız məsuliyyətimizlə dövlətə dəstək ola bilərik. Dövlətin gördüyü bütün tədbirlər bizim sağlamlığımızın qorunmasına yönəlib. İnsanlar da bunu dərk edərək qaydalara əməl etməlidirlər. İnanıram ki, qaydalara əməl etsək, daha az itki ilə bu virusa qalib gələcəyik!"