Sürücülərin "Fərqlənmə Nişanı" alması asanlaşdı


İqtisadiyyat 06 Apr 2020 13:40:07 182 0

Sürücülərin "Fərqlənmə Nişanı" alması asanlaşdı

Azərbaycanda sürücülərə "Fərqlənmə Nişanı" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC vasitəsilə veriləcək

© Report

Azərbaycanda sürücülərə "Fərqlənmə Nişanı" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC vasitəsilə veriləcək.

Bu barədə “Report”a nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

O vurğulayıb ki,Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərarına uyğun olaraqşəhərlərarası sərnişin daşınmasında məhdudiyyət tətbiq edilir: "Həmçinin,DANX-ın ölkəüzrə 11 regional şöbəsinin mövcud olduğuna görə, sürücülərin "Fərqlənmə Nişanı" əldə etmək üçünhəmin regional şöbələrə getməməsi üçün biz prosesi asanlaşdırırıq. “Sürücülər yaşadıqları, qeydiyyatda olduqlarıərazi üzrə ən yaxın“Azərpoçt”un mərkəzi filialına yaxınlaşa bilərlər. Orada "Fərqlənmə Nişanı"nın əldə edilməsi region üzrə 9 AZN, böyük şəhərlər üzrə isə 13,5 AZN məbləğindəvergini ödədikdən sonra sürücülər barədə məlumat “icaze.e-gov.az” portalına DANX tərəfindən yerləşdiriləcək.

Xatırladaq ki,Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək.