Koronavirusdan sağalan məşhurlar


Digərləri 06 Apr 2020 13:38:00 142 0

Koronavirusdan sağalan məşhurlar

Dünyaca məşhur müğənni Robbi Uilyams və "Duran Duran" qrupunun baş gitaristi Con Teylor koronavirus epidemiyasına yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Robbi əvvəlcə açıqlama yayaraq 3 həftə ərzində xanımı və övladlarından uzaq qaldığını bildirib. O, qorxu dolu günlər yaşadığını, vəziyyətinin ağır olduğunu, lakin sağalaraq evə buraxıldığını söyləyib.

59 yaşlı musiqiçi Teylor da 3 həftə əvvəl test nəticələrinin müsbət çıxdığını bildirib. O, səhnə üçün darıxdığını, tezliklə pərəstişkarları ilə bir araya gələcəyini bildirib. Con artıq epidemiyadan azad olduğunu açıqlayıb.