Bakıdakı yanğında qadın eyvandan yıxılıb öldü


Digərləri 06 Apr 2020 13:00:00 114 0

Bakıdakı yanğında qadın eyvandan yıxılıb öldü

Bakıda yaşayış binasında baş verən yanğın zamanı bir nəfər vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aprelin 5-də Xətai rayonu, S. Vəzirov küçəsi 17 ünvanında yerləşən binada qısa qapanmadan yanğın başlayıb. 

Nəticədə 11 saylı mənzil tamamilə yanıb, həmin evdə yaşayan 1955-ci il təvəllüdlü Leyla Manafova sürüşərək balkondan yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən vəfat edib. 

Onunla eyni ünvanda yaşayan əri, 1953-cü il təvəllüdlü Nazim Manafov isə xilasedicilər tərəfindən mənzildən çıxarılıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.