“Apple” qoruyucu maskalar istehsal edəcək


Dünya 06 Apr 2020 12:21:00 114 0

“Apple” qoruyucu maskalar istehsal edəcək

"Apple" şirkəti koronavirus xəstələri ilə işləyən tibb işçiləri üçün qoruyucu maskalar istehsal edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk deyib.

Şirkət həftədə 1 milyon maska istehsal etməyi planlaşdırır.

T.Kuk "Apple"ın tibb işçiləri ilə sıx əməkdaşlıq etdiyini və digər ölkələrə də ixracın təşkil olunması üçün çalışdıqlarını deyib.