“Bəlkə, gülmək üçün belə SMS göndərirlər, amma...”


Digərləri 06 Apr 2020 11:15:00 163 0

“Bəlkə, gülmək üçün belə SMS göndərirlər, amma...”

Ötən gün göndərilən SMS-lərin 60 faizi daha çox sistemi yoxlamaq məqsədilə göndərilən müəyyən sms-lərdir.  Ancaq qərarda zəruri halların nə olduğu konkret kodlarla göstərilib. Ancaq o hallara aidiyyatı olmayan mətnlər göndərilir.

Son.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev REAL TV-yə müsahibəsində deyib.

Ü. Mehdiyev bildirib ki, açığı, bu halar bizi o mənada narahat edir ki, o insanlar başa düşməlidirlər ki, onların bu SMS-ləri yaşayış yerini tərk etmələri zəruri olan vətəndaşın sorğusunu gecikdirə bilir:

"Bu, bir vətəndaşın qeyri-ciddiliyi, digər vətəndaşın isə hüququnun pozulmasıdır. Bu SMS-lər sistemə düşürsə, bunun arxasında monitorinq sistemi dayanır. O şəxsləri dərhal fiksasiya etmək mümkündür. Həmin şəxslər bilməlidirlər ki, bu gün Operativ Qərargahın verdiyi qərarlar karantin rejiminin qaydalarıdır. Bu qaydaları pozan hər bir şəxs qanunvericiliyə uyğun məsuliyyət daşıyır. Onlar bəlkə zarafatyana, gülmək, vaxt keçirmək, yaxud sistemi yoxlamaq üçün bu cür hərəkətlərə yol verə bilərlər. Ancaq anlamalıdırlar ki, bu karantin rejiminin pozulması deməkdir.

1 SMS-in cavablanma vaxtı 10 dəqiqə ərzində baş tutur. Biz əlbəttə, vətəndaşlarımızı da məlumatdırmışıq ki, göndərdiyiniz SMS-lər bir saat ərzində cavablandırılacaq. Əslində isə bu 5-10 dəqiqədən o tərəfə keçmir. Sadəcə olaraq şəbəkənin yüklənməsi, sorğuların daha çox olması səbəbindən cavab sms-in göndərilməsi uzana bilər. Ötən gün sistemin ən çox yüklənməsi halı günorta saat 1-də olub. Cavab bir neçə halda gecikə bilər. İstifadə olunan mobil telefon daha köhnədirsə, SMS-in çatdırılmasında fərq ola bilir. İkincisi, lüzumsuz SMS-lərin göndərilməsi şəbəkənin yüklənməsinə səbəb olur.