Koronavirusa görə odekolon içən kişi öldü


Dünya 06 Apr 2020 10:15:00 124 0

Koronavirusa görə odekolon içən kişi öldü

Koronavirusa görə odekolon içən şəxs ölüb.

Son.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyənin İzmir şəhərində yaşayan 61 yaşlı Alattin Yıldız adlı şəxs yanacaq doldurma məntəqəsinin yaxınlığında özündən gedib. O, təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun koronavirusdan qorunacağını düşünərək odelokon içdiyinə görə öldüyü aşkarlanıb.

Məlumat üçün bildirək ki, Türkiyədə 27069 insan-da COVID-19 virusu tapılıb.