"Atasığorta" ötən ili mənfəətlə başa vurub


İqtisadiyyat 06 Apr 2020 10:12:35 131 0

"Atasığorta" ötən ili mənfəətlə başa vurub

"Atasığorta" ASC 2019-cu ili 663 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 7,077 milyon manat zərərlə çıxmışdı

"Atasığorta" ASC 2019-cu ili 663 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 7,077 milyon manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Atasığorta"nın gəlirləri 26,381 milyon manat (illik müqayisədə 46,6% çox), xərcləri 25,698 milyon manat (2,8% çox), mənfəət vergisi ödəmələri isə 19 min manat (72,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri 24,36 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,44% azalaraq 14,59 milyon manata düşüb, balans kapitalı isə 7,3% artaraq 9,77 milyon manata çatıb.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.