Zoparkdakı pələng də koronavirusa yoluxdu FOTO
Dünya 06 Apr 2020 10:04:00 130 0
60 mindən çox insanın ölümünə səbəb olan yeni növ koronavirus heyvanlara da yoluxmağa başlayıb.
Son.az haberler-ə istinadla xəbər verir ki, Nyu-Yorkdakı "Bronx" heyvanxanasında saxlanılan Nadia adlı pələngdə də koronavirus aşkarlanıb.
Həmin heyvanla eyni qəfəsdə saxlanılan digər pələnglərdə də virusun əlamətləri özünü göstərib.
Deyilənə görə, virus pələngə onu yemləyən şəxsdən yoluxub.
Mənbə: milli.az