BMTnin Baş katibi ölkələrə çağırış etdi


Dünya 06 Apr 2020 10:09:00 114 0

BMTnin Baş katibi ölkələrə çağırış etdi

BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və COVID-19-la bağlı bəyanat verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəyanatda deyilir:

"COVID-19 pandemiyası dünyada insanlara ağlasığmaz əziyyət verir və iqtisadiyyatın iflasına səbəb olur.

Bu yaxınlarda mən ümumi mübarizəmizi pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırmışdım.

Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır.

Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan yerdə gözləyir. Öz evlərində.

Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm.

COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər. Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq.

Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb.

Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.