Qırğız Respublikasında koronavirusa yoluxanların sayı kəskin artdı


Dünya 06 Apr 2020 09:44:16 166 0

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı kəskin artdı

Qırğızıstanda koronavirus daşıyıcılarının sayı 47%, qurbanlarının sayı isə 50% artdı

Qırğız Respublikasındason sutkada 69 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər isə infeksiyadan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Sabirjan Abdikarimov deyib.

Qırğızıstanda qeydə alınan koronavirus hallarının sayı 216-ya çatıb, virusdan ölənlərin sayı isə 4-ə yüksəlib.

Bu ölkədə pandemiyadanilk ölüm halı aprelin 3-də qeydə alınmışdı.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsində martın 22-dən fövqəladə vəziyyət hökm sürür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 274 000-i ötüb. Bunların 264 838 nəfəri sağalıb, 69 480 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.