"Sağalmaq üçün əlimdən gələni edirəm" Koronavirusa yoluxan aktrisa


Digərləri 06 Apr 2020 09:36:00 132 0

"Sağalmaq üçün əlimdən gələni edirəm"  Koronavirusa yoluxan aktrisa

"Çocuk", "Mucize Doktor" kimi seriallarda oynayan aktrisa Cansın Çekilinin koronavirusa yoluxduğu barədə xəbər vermişdik.

Son.az axşam.az-a istinadən bildirir ki, müalicəsi davam edən aktrisa yaxşılaşmaq üçün əlindən gələni etdiyini bildirib. O, sosial şəbəkədə paylaşım edərək insanlarə sevdiklərini qorumağa çağırıb:

"Müalicəm davam edir və inanın ki, sağlam üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta evdə yaşadığınız insanlarla da qoruyun. Həqiqətən, bu, çox vacibdir".