Hindistanda koronavirus qurbanlarının sayı 100ü keçib


Dünya 06 Apr 2020 09:20:00 131 0

Hindistanda koronavirus qurbanlarının sayı 100ü keçib

Hindistanda koronavirus xəstələrinin sayı 4067 nəfərə yüksəlib, 109 adam ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə və ailə rifah nazirliyi xəbər yayıb.

Hindistan Səhiyyə Nazirliyi, martın 5-i axşam 3577 yoluxma hallarının olduğunu bildirib. Ümumilikdə ölkədə 3666 nəfər müalicə alır, 291 nəfər sağalıb, 109 nəfər ölüb.

Yoluxanların ən çox sayı Madhya Pradeş əyalətindədir, burada 690 nəfər xəstələnib.