Azərbaycanda koronavirus xəstələrinin adı niyə açıqlanmır sualına RƏSMİ CAVAB


Digərləri 06 Apr 2020 09:07:00 115 0

Azərbaycanda koronavirus xəstələrinin adı niyə açıqlanmır sualına RƏSMİ CAVAB

Yoluxan insanların adını çəkmək tibbi etikaya sığmır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Diqqət mərkəzi-Yekun" verilişində deyib:

"Adlar açıqlanarsa, biz onların şəxsi hüquqlarını pozmuş oluruq. Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alıb məlumatları vermişik".