Maykl Ceksonun ağ əlcəyi xərracda satıldı


Digərləri 06 Apr 2020 08:48:00 128 0

Maykl Ceksonun ağ əlcəyi xərracda satıldı

Məşhur müğənni Maykl Ceksonun ağ əlcəyi ABŞ-ın Texas ştatında keçirilən xərracda satılıb.

Son.az Trend-ə istinadən bildirir ki, adının gizlin qalmasını istəyən alıcı əlcəyə görə 104 031 dollar ödəyib.

Bildirilir ki, yeni sahib əlcəyin 1998-ci ildə Unicef-ə bağışlandığı barədə məktubu da alıb.

Xatırladaq ki, "Off the Wall" (1979), "Thriller" (1982), "Bad" (1987), "Dangerous" (1991), "HIStory" (1995) kimi milyonlarla satan solo albomlara imza atan Cekson dünyanın "Pop Kralı" olaraq tanınıb və albomları bütün dünyada 140 milyon üzərində satılıb.