Zəncəfil koronavirusun müalicəsində effektivdirmi? ÜST rəsmisi açıqladı


Digərləri 06 Apr 2020 02:30:00 109 0

Zəncəfil koronavirusun müalicəsində effektivdirmi?  ÜST rəsmisi açıqladı

Hazırda bütün dünyada koronavirusa (COVID-19) xalq təbabəti ilə qalib gəlmək istəyənlər çoxdur. Bir müddət əvvəl zəncəfilin, daha sonra limonun koronavirusun dərmanı olması ilə bağlı fikirlər yayıldı.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məsələyə Ümumdünya Səhiyyə Təşkilatı da biganə qalmayıb.

Belə ki, qurumun Səhiyyədə Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan bu barədə fikirlərini səsləndirib: 

"Əgər xəstələnəndə bal, limon, zəncəfil kimi sevimli müalicə vasitələriniz varsa, tövsiyə edirəm ki, istifadə etməyə davam edin. Amma xahiş edirəm, gəlin, sübut olmadan bu vasitələrin COVID-19-u müalicə etməsi ilə bağlı fərziyyələr irəli sürməyək. Hazırda COVID-19-un sübut olunmuş müalicəsi yoxdur".