Bakıda yaşayış binasında yanğın olub


Digərləri 05 Apr 2020 23:31:00 129 0

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 m² sahədə və ev əşyaları qismən yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.