Startapda maliyyənin idarə edilməsi necə aparılmalıdır –


Digərləri 05 Apr 2020 23:20:00 167 0

Startapda maliyyənin idarə edilməsi necə aparılmalıdır –

Sıfırdan şirkət qurmaq əlbəttə təcrübəsiz biri üçün ən çətin işlərdən biridir və ən qorxuducu məqam isə büdcənin idarə edilməsidir. Güclü maliyyə infrastrukturunun yaradılması yeni bir işə başlamaq üçün vacib, lakin ilk başlarda təsisçilər üçün çox vaxt bir problemdir.

Bəs maliyyənin idarə edilməsi nədir? Maliyyə menecmenti biznes xərclərinin, ümumilikdə maliyyə fəaliyyətinin planlaşdırılması, təşkili, yönləndirilməsi və nəzarəti mənasına gəlir. Bir startap qurmağı düşünürsənsə, bu məqalədə daha praktiki hissələrdən danışacağıq. Elə isə ümumi maliyyə səhvlərindən qaçmağınıza kömək edəcək səkkiz ipucu:

Nağd pul axınının idarə edilməsi əsas açardır. Əksər startaplar müxtəlif səbəblərdən uğursuz olur, amma əsas səbəblərdən biri pul tükənməsidir. Sadə olaraq desək, hər bir dolların haradan gəlib hara getdiyini bilməlisiniz. Fərqi yoxdur sizin startapda maliyyə direktoru var, ya yox, büdcənizi özünüz yaradın və ona əməl edin. Əlbəttə biz sıfır büdcəylə işə başlayan çox startapı misal göstərə bilərik, amma onların da böyüyüb əjdaha şirkətlər sırasına daxil olma səbəbi büdcənin düzgün və dəqiq idarə edilməsi olub.

Bütün xərcləmələri özünüz izləyin. Yeni bir startapda anidən ortaya çıxan xərclər, əlbəttə, olacaqdır. Bir neçə şöbəni birdən açmaq yaxud tam gün üçün işçi götürmək büdcə baxımından uyğun olmaya bilər, elə buna görə startaplara məsləhət görülən mühasibat proqramlarından istifadə etməkdir.

Bu nəinki "cash flow" -nun idarə edilməsinə kömək edəcək, eyni zamanda verginin vaxtı gəlib çatdıqca hər dəfəsində bu işi daha da asanlaşdıracaq. Böyüdükcə gəlir və xərclər artdıqca iş mürəkkəbləşəcək və bu vaxt bir mühasib işə götürməyi düşünməlisiniz.

Əvvəlcədən sabit xərclərinizi məhdudlaşdırın. Bir startapın başlanğıc mərhələlərində xərclərinizi az saxlamaq şirkətin uzunömürlülüyü deməkdir. Əlbəttə, ilk başlayanda şəhərin mərkəzində mükəmməl bir ofis və yaxud üç dəfə yeməyin olması mümkün deyildir. Hər xərcdən çəkinməlisiniz ki, kapitalınızın böyük hissəsini böyüməyə ayıra biləsiniz, bu da bir gün istədiyiniz, xəyalınızda olan iş mühitini həyata keçirməyə imkan verəcək. Elə çox startapın əsas səhvlərindən biri də prioritetlərini düzgün seçməmələri olur.

Optimist qalın, amma ən pisinə hazırlaşın. Bir işə başlayanda nəyin ola biləcəyini, səni nə gözləyir bilmirsən, buna görə ən pis vəziyyətə hazırlıqlı olmaq yaxşı olar. Necə deyərlər "startapı tutuzdurana" , gəlirinizi sabitlənə qədər əsas işinizdən uzaqlaşmayın.

Ehtiyatlarınızı həm şəxsi, həm də biznesin hesabında saxlayın. Heç vaxt nəyəsə tam hazırlıqlı ola bilmirik, buna görə sahibkar kimi mütləq kiçik investisiyalarınız, bəzi sərmayələriniz olmalıdır. Kiçik də olsa əlavə gəlirin olması heç nəyin olmamağından yaxşı deyilmi?

Vaxtınızın hər saniyəsində bir dəyər var. Qısaca desək,bəli, vaxt puldur.