Feysbukda yenilik


Digərləri 05 Apr 2020 22:45:00 155 0

Feysbukda yenilik

Feysbuk koronavirus pandemiyası zamanı kömək istəyənlərə dəstək olanları bir araya gətirmək üçün yeni sistem tətbiq edib.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət "community help" xüsusiyyətini istifadəyə verib. Şirkət rəsmiləri yeniliyin əsas məqsədinin insanların bir-birilərinə yemək bağışlaması, qida deposunun yaradılması və onların xeyriyyə işlərinə cəlbi olduğunu bildiriblər. Rəsmilər bu funksiyanın dostluqdakılardan yemək istəmək və ya ona dəstək olmaq üçün kömək təşkilatı adlandırırlar.

Feysbuk yeni funksiyanı bir neçə gün ərzində Amerika, İngiltərə, Fransa, Avstraliya və Kanadada istifadəyə verəcək.