Huawei Avropa ölkələrinə yardım etməyəcək


Digərləri 05 Apr 2020 22:50:00 146 0

Huawei Avropa ölkələrinə yardım etməyəcək

Avropa Birliyi şirkətə qarşı hörmətsizlik edib.

Məlum olduğu kimi, bir müddət əvvəl Çinin texnologiya nəhəngi Huawei Avropa Birliyinə dəstək olaraq, 1 milyon ədəd qoruyucu maskanı İspaniyaya, 800 min ədəd isə Hollandiyaya göndərib. Lakin Avropa Birliyi tərəfindən işlədilən hörmətsiz ifadədən sonra şirkət bu yardımı dayandıracağını deyib.

Son.az ted.az-a istinadən bildirir ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel çıxış edərkən şirkətə qarşı səhvə yol verib. O, Huawei-in bu addımını "siyasi səxavət" və PR kampaniyası adlandırıb.

Huawei rəhbərliyi bu çıxışdan sonra açıqlama verərək bildiriblər ki, şirkət Avropaya qoruyucu maska yardımını dayandıracaq və Jozep Borrelin məlum çıxışını şirkətə qarşı hörmətsizlik kimi qəbul edir.