Dünyada son sutka ərzində koronavirusa


Dünya 05 Apr 2020 22:51:00 130 0

Dünyada son sutka ərzində koronavirusa

Aprelin 5-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 133 758 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 82 061 nəfər yeni koronavirusa yoluxub, 5 798 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 133 758 nəfərə, ölənlərin isə 62 784 nəfər çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 621 407 yoluxma və 46 416 ölüm halı. Avropa regionunda sutka ərzində 38 266 yoluxma halı, 4 082 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 5-nə olan məlumatlara əsasən, 315 714 yoluxma halı və 8 187 ölüm halı qeydə alınıb.