Dünya üzrə Feysbuk istifadəçilərinin fəallığı artıb


Digərləri 05 Apr 2020 22:15:00 133 0

Dünya üzrə Feysbuk istifadəçilərinin fəallığı artıb

Ötən ay dünyada Feysbuk istifadəçilərinin fəallığı artaraq 65,04% olub.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, bu rəqəm fevral ayının göstəricisindən 2,93% çoxdur. Belə ki, sözügedən sosial şəbəkənin fevral ayında dünya üzrə fəallığı 62,11% olmuşdu.

Eyni zamanda İnstaqram, Tvitter, YouTube-un da mart ayı üçün fəallıq dərəcəsi açıqlanıb.