Efiopiyada koronavirusdan ilk ölüm qeydə alınıb


Dünya 05 Apr 2020 21:18:00 117 0

Efiopiyada koronavirusdan ilk ölüm qeydə alınıb

Efiopiyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Li Tadess deyib.

Onun sözlərinə görə, koronavirusdan 60 yaşlı qadın dünyasını dəyişib.

Bundan əlavə, Səhiyyə Nazirliyi həmçinin daha 5 nəfərin koronavirusa yoluxduğunu bildirib.