Bu dron koronavirusa yoluxan insanları havadan müəyyən edəcək


Digərləri 05 Apr 2020 20:50:00 117 0

Bu dron koronavirusa yoluxan insanları havadan müəyyən edəcək

Mühəndislər Covid-19 simptomları olan insanları müəyyən edəcək pilotsuz aparat üzərində işləyirlər.

Son.az ted.az-a istinadən bildirir ki, avstraliyalı mütəxəssislər kütlənin içində Covid-19 simptomları olan insanları effektiv şəkildə müəyyənləşdirə biləcək pilotsuz uçuş avadanlığı hazırladıqlarını elan ediblər.

Məsələ burasındadır ki, kütləvi yoxlamalar vaxt və çox sayda tibb heyəti tələb edir. Buna görə də həmin problemin həlli texnologiyaya bağlı olmalıdır.

Cənubi Avstraliya Universiteti və Kanadanın "Draganfly" şirkətinin mühəndisləri  koronavirusun potensial daşıyıcılarının axtarışını daha mərkəzləşdirilmiş şəkildə aparmağa, məsələyə yüksək texnoloji tərəfdən yanaşmağa qərar veriblər və nəticədə xüsusi sensorlar, həmçinin kompüter görmə sistemi ilə təchiz olunmuş dronların üzərində işləyirlər.

Mütəxəssislərin fikrincə, operatorun nəzarəti altında yarı-muxtar rejimdə işləyən "pandemik dron", izdiham içərisində 10 m-ə qədər məsafədən virusun atəş, öskürək, hapşırma, təngnəfəslik və sürətlənmiş ürək döyüntüsü kimi tipik simptomlara malik insanları müəyyən edəcək.