Cənubi Sudanda koronavirusa ilk yoluxma halı qeydə alınıb


Dünya 05 Apr 2020 20:39:00 92 0

Cənubi Sudanda koronavirusa ilk yoluxma halı qeydə alınıb

Cənubi Sudanda yeni növ koronavirusa (COVİD-19) ilk yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin vitse-prezidenti Riyek Maşar deyib.

Onun sözlərinə görə, koronavirusa Efiopiyadan qayıdan 29 yaşlı qadın yoluxub.

Hazırda o, karantinə yerləşdirilib.