8 apreldə Ay çəhrayı rəngdə görünəcək


Digərləri 05 Apr 2020 20:20:00 118 0

8 apreldə Ay çəhrayı rəngdə görünəcək

Dünyanın peyki olan Ay sahib olduğu elliptik orbit səbəbiylə müəyyən müddət aralığı ilə Yerə daha çox yaxınlaşır. Bu yaxınlaşamaya isə elmdə Super Ay adı verilib. Super Ay hadisəsi isə bu həftə həyata keçəcək. Bu hadisə zamanı Ayın görüntüsü 14 faiz daha böyük, 30 faiz daha parlaq olur. Yazın və çiçəklənən təbiətin şərəfinə aprel ayında bədrlənmiş fazasında olan Aya - "Çəhrayı Ay" deyirlər. Bu zaman Ay atmosferimizə görə ya çəhrayı, ya da narıncı rəngdə müşahidə edilir. Qeyd edək ki, hadisə 8 aprel tarixndə baş verəcək.