Sumqayıtda yol polisi əməkdaşı qəza törədib FOTO


Digərləri 05 Apr 2020 20:06:00 156 0

Sumqayıtda yol polisi əməkdaşı qəza törədib  FOTO

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili ağaclara çırpıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, sürücü  1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi "Priora" markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü  Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.