Kompüterlərin Azərbaycan üzrə bazar payı azalıb


Digərləri 05 Apr 2020 19:20:00 130 0

Kompüterlərin Azərbaycan üzrə bazar payı azalıb

Mobil cihazların Azərbaycan üzrə bazar payı artıb. Mart ayının göstəricilərinə görə, mobil telefonların qlobal miqyasda Azərbaycan üzrə bazar payı 57.29% olub.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.

Bu rəqəm fevral ayı ilə müqayisədə 1.41% çoxdur.

Məlumata əsasən, kompüterlərin Azərbaycan üzrə bazar payında azalma qeydə alınıb. Fevral ayında bu cihazların ölkə üzrə bazar payı 42.99%, mart ayında isə 41.41% olub.