Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub


Dünya 05 Apr 2020 18:31:00 111 0

Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub

Portuqaliya hakimiyyəti bildirib ki, bir gündə 754 koronavirus infeksiyasına yoluxma halı qeyd edilib.

Son.az APA-ya istinadən bildirir ki, infeksiyaya yoluxanlardan 29-u ölüb.

Qeyd edək ki, aprelin 5-nə olan məlumata görə, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 11278-ə çatıb. Pandemiya başlayandan bəri 295 nəfər ölüb, 75 nəfər isə sağalıb.