“Meyitlər küçələrdə qalıb” FOTO


Dünya 05 Apr 2020 18:57:00 105 0

“Meyitlər küçələrdə qalıb”  FOTO

“CNN” koronavirusun viran qoyduğu Ekvadordan xəbər verir

Quayakil Ekvadorun qərbində yerləşən şəhərdir. Hazırda şəhərinin küçələri tərk edilib, yerli sakinləri görmək çətindir. Ancaq şəhərin müxtəlif yerlərində baxımsız qalmış tabutlar diqqəti cəlb edir. "CNN"in adıçəkilən şəhərdən hazırladığı reportajda belə deyilir.

Son.az musavat.com-a istinadən bildirir ki, koronavirus pandemiyası ölkəni iflas həddinə çatdırıb. Əhalisi sıx olan şəhərində kommunal xidmətlər həddən artıq yükləndiyinə görə normal qaydada işləyə bilmir. Xəstəxanalarda boş çarpayı qalmayıb, meyitxanalar, qəbiristanlar və dəfn büroları başını itirib. Bəzi sakinlər deyir ki, onlar heç bir seçimə malik deyil. "Meyitləri çöldə qoymaqdan başqa çarəmiz qalmayıb".

"Biz beş gündür ki, gözləyirik," Fernando Espana deyir. Hakimiyyət orqanları cənazəni dəfn etmək üçün yer ayıra bilmir: "Biz 911-ə zəng vurmaqdan bezmişik, onlar deyirlər ki, biz gözləməliyik, onlar problemi həll etmək üçün çalışırlar".

O, plastik torbaya bükülərək həyətə qoyulmuş meyiti göstərir. Meyit həm də kartonla əhatə olunub.

Çürüməkdə olan meyitin qoxusu hər tərəfə yayılır.

Glenda Larrea Vera isə bildirir ki, qonşuluqda yaşlı adamlar çoxdur: "Mənim anamın da 80 yaşı var. Onun da tənəffüs problemləri var".

"CNN" qeyd edir ki, keçən həftədə yayılan videoda aydın görünür ki, motosikletçi meyiti küçədə tərk edərək aradan çıxır.

Əhalisi 3 milyona yaxın olan şəhərin rəhbərliyi "CNN"ə bildirib ki, martın 23-i ilə 30-u arasında müxtəlif ünvanlardan polis 300-dən çox meyit toplayıb.