Cavabı neqativ çıxandan 8 saat sonra öldü


Dünya 05 Apr 2020 18:18:00 163 0

Cavabı neqativ çıxandan 8 saat sonra öldü

Rusiyanın Perm şəhərində yaşayan 36 yaşlı jurnalist Anastasiya Petrova ölkə üzrə koronavirusdan ölən ilk gənc qurban olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ilk dəfə qızdırma və öskürəyə görə həkimə müraciət edən Anastasiyanın analiz cavabları müsbət çıxıb. Martın 23-dən 28-ə qədər xəstəxanada qalan jurnalist müalicə aldıqdan sonra yaxşılaşıb.

Yenidən onunla bərabər övladları və anasından da analiz götürülüb və hamısının cavabları neqativ olub. Lakin cavablardan 8 saat sonra Petrovanın qəfil halı pisləşib və yenidən qızdırması qalxıb. Bundan sonra o, həyatını dəyişib.

Gənc qadının bir müddətdir evdən işlədiyi və az adamla ünsiyyətdə olduğu vurğulanır.