Məşhurların karantindəki məşğuliyyətləri FOTO


Digərləri 05 Apr 2020 18:20:00 126 0

Məşhurların karantindəki məşğuliyyətləri  FOTO

Koronavirus səbəbindən dünyanın bir çox ölkəsində karantin rejimi elan olunub. Bunlardan biridir Türkiyədir. Bəs, karantində olan türkiyəli məşhurlar vaxtlarını necə keçirirlər?

Son.az axşam.az-a istinadən bildirir ki, Türkiyə KİV-i bununla bağlı xəbər hazırlayıb. Məlumatda Hülya Avşar, Ebru Şallı, Pelin Akil Altan ve Anıl Altan, Demet Akalın və Bahar Şahin kimi məşhur simalar yer alır.

Hülya Avşar - karantin dövründə evinin salonunu tennis meydançasına çevirib. İfaçı açıqlamasında "İlk gündən bu yana çox əylənirəm. Bu gün də gündəliyimdə tennis oynamaq var", - deyə bildirib.

Ebru Şallı - keçmiş model isə izləyiciləri ilə hər gün canlı yayıma qoşularaq "Siz evde qalın, mən də sizin formada qalmağınıza kömək edim", - deyir.

Demet Akalın - evinin ortasına qoyduğu idmanaləti ilə formada qalmağa çalışır.