Qazaxıstanda daha bir nəfər koronavirusdan ölüb


Dünya 05 Apr 2020 17:45:00 115 0

Qazaxıstanda daha bir nəfər koronavirusdan ölüb

Qazaxıstanda daha bir nəfər yeni növ koronavirusdan ölüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Çimkent şəhərində 1964-cü il təvəllüdlü xəstə dünyasını dəyişib.

Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Qazaxıstanda koronavirusa ilk yoluxma halı martın 13-də qeydə alınıb.