"Koronavirusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır"


Digərləri 05 Apr 2020 16:27:24 119 0

"Koronavirusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır"

Bəşəriyyətin yeni bəlası olan koronavirus dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Pandemiya dünya ölkələrində iqtisadi və maliyyə böhranına da səbəb olub. Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayı artır.

Son.az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, artıq dünyada 1,2 milyon insan bu xəstəliyə yoluxub, 64 mindən çox insan isə bu virusun qurbanı olub:

"Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Hazırda ABŞ-da 311 mindən çox insan virusa yoluxub, 8 mindən çox ölüm faktı qeydə alınıb. İtaliyada isə bu rəqəmlər müvafiq olaraq 124 min və 15 mindir".

"Əlbəttə ki, bu durum Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Ancaq dövlət koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür", - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistanda 822 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfə az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 170 nəfər təşkil edir, 2 ölüm halı qeydə alınıb.

Sədaqət Vəliyeva sosial şəbəkələrdə son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib və infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəblərinin olduğunu qeyd edib: