Tovuzda kişini bıçaqlayıb su kanalına atdılar FOTO


Kriminal 05 Apr 2020 12:50:00 138 0

Tovuzda kişini bıçaqlayıb su kanalına atdılar  FOTO

Tovuzda kişi meyiti tapılıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əhməd Cavad küçəsində baş verib. Həmin küçədən keçən su kanalında orta yaşlı kişi meyiti tapılıb.

Məlumata görə, meyitin üzərində bıçaq xəsarətləri aşkar edilib.

Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti məlum olub.

O, 1991-ci il təvəllüdlü Elnur Mehdiyev Valeh oğludur.