Gürcüstanda daha bir nəfər koronavirusdan öldü - YENİLƏNİB


Dünya 05 Apr 2020 11:54:00 132 0

Gürcüstanda daha bir nəfər koronavirusdan öldü - YENİLƏNİB

Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxs 81 yaşlı qadındır.

Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.

***11:07

Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb, onların 36-sı sağalıb, 1-i isə ölüb.

Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.