Özbəkistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatır


Dünya 05 Apr 2020 12:06:00 130 0

Özbəkistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatır

Özbəkistanda yeni növ koronavirusa (COVİD-19) daha 32 yoluxma halı qeydə alınıb.

Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 298 nəfər çatıb.

Bildirilir ki, son günlər ərzində qeydə alınan yoluxma halları karantində saxlanılan vətəndaşlarda aşkarlanıb.