Bakıda çoxmərtəbəli yaşayış binası yanır


Digərləri 05 Apr 2020 10:49:00 156 0

Bakıda çoxmərtəbəli yaşayış binası yanır

Bakıda Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. 

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.