Bakıda yaşayış binasında yanğın olub


Sosial 05 Apr 2020 10:31:19 125 0

Bakıda yaşayış binasında yanğın olub

Bakının Xətai rayonunda yaşayış binasında yanğın olub.

© Report/Elchin Murad

Bakının Xətai rayonunda yaşayış binasında yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN)istinadən xəbər verir ki, nazirliyin"112" qaynar telefon xəttinə, Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.