Rusiyada atışma zamanı 5 nəfər öldürüldü


Dünya 05 Apr 2020 09:38:00 98 0

Rusiyada atışma zamanı 5 nəfər öldürüldü

Rusiyanın Ryazan vilayətində silahlı şəxs beş nəfəri öldürüb.

APA xəbər verir ki, bu barədə "TASS" hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, insident zamanı ölən dörd kişi və bir qadın cinayətkarın qonşuları olub. Hazırda o, polislər tərəfindən saxlanılıb.

İnsidentin təfərrüatları polis tərəfindən araşdırılır.