Kolumbiyada partlayış baş verən şaxtada 11 nəfər ölüb


Dünya 05 Apr 2020 08:05:00 124 0

Kolumbiyada partlayış baş verən şaxtada 11 nəfər ölüb

Kolumbiyanın mərkəzində mədəndə baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Kolumbiyanın mərkəzində mədəndə baş verən partlayış nəticəsində 11mədənçiölüb, 4 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, partlayış şənbə günü günortadan sonra Kukunuba bələdiyyəsində yerləşən Pueblo Vyexo kəndindəki kömür mədənində baş verib.

Meyitlər Texniki İstintaq Korpusunun agentləri tərəfindən hadisə yerindən götürülüb.

İlkin məlumata görə, faciəyə səbəbkömür tozunun partlaması olub.