Braziliyada koronavirusa yoluxanların sayı 10 mini ötüb


Dünya 05 Apr 2020 03:58:22 141 0

Braziliyada koronavirusa yoluxanların sayı 10 mini ötüb

Braziliyada pandemiya qurbanlarının sayı artmaqda davam edir.

© Reuters

Braziliyada pandemiya qurbanlarının sayı artmaqda davam edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, ölkədə koronavirusa yoluxanların rəsmi sayı 10 278 nəfərə yüksəlib. Təkcə son 24 saatərzində 1 222 nəfərdə koronovirus aşkarlanıb.

Ölənlərin sayı əvvəlki günlə müqayisədə 20% artaraq 431-ə çatıb.

2020-ci ilin ilk 13 həftəsində, ölkədə kəskin tənəffüs sindromu olan 27 773 xəstə tibb müəssisələrinə müraciət edib, onlardan yalnız 2 131 nəfərində COVID-19-a yoluxma təsdiqlənib.

Koronavirusa yoluxanların 60% -dən çoxu ölkənin cənub-şərq bölgəsində yaşayır