NyuYork ştatında koronavirusa yoluxmuş 630 insan ölüb


Dünya 04 Apr 2020 23:54:00 143 0

NyuYork ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

Yeni koronavirusa yoluxma üçün test nəticələri müsbət olan ABŞ-ın Nyu York ştatl sakinlərinin sayı 113,7 mindən çox olub, və sutka ərzində ölənlərin sayı 630 nəfər artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo bildirib.

Onun sözlərin görə, ölənlərin sayı 2 935 nəfərdən 3 565 nəfərədək yüksəlib:

"Koronavirus yoluxmanın yeni hallarının sayı 10 841, ümumi sayı isə 113 704-ə çatıb". E.Kuomo deyib ki, Nyu York bu göstəricilərə əsasən ABŞ-da birinci yeri tutmağa davam edir.