Gəncədə qadın yanıq xəsarətləri alıb


Sosial 04 Apr 2020 23:03:34 145 0

Gəncədə qadın yanıq xəsarətləri alıb

Gəncə şəhərində 34 yaşlı qadın yanıq xəsarətləri alıb.

Gəncə şəhərində 34 yaşlı qadın yanıq xəsarətləri alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 34 yaşlı K.Abbasova qol və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumatlara görə, qadın ailə daxili münaqişə zəminində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.