Karantində nevroz və stresi azaltmaq üçün nə qəbul etməli –


Digərləri 04 Apr 2020 22:30:00 194 0

Karantində nevroz və stresi azaltmaq üçün nə qəbul etməli –

Koronavirus olmasa da, məni stress, gərginlik, evdə qalmaq, əsəb, gərginlik öldürəcək deyənlərin sayı artır. Hər karantin rejimi gücləndirildikcə evdən çıxmaq şansı azalır. Bu qədər stress, panika, gərginlikdən necə xilas olmalı.

Son.az medicina.az-a istinadən apteklərdə ən ucuz, köhnə vasitələri xatırladır və onlar haqqında ətraflı məlumatı təqdim edir. Qeyd edək ki, bu vasitələr hamilələr, uşaqlar üçün uyğun deyil. Dozanı aşmaq və gün ərzində dəfələrlə istifadə etmək olmaz.

1. Yemişan (boyarışnik) cövhəri

Spazmalotik, damar genişləndirici, hipotenziv təsir edir, venoz təzyiqi qaydaya salır, ürəyin damar keçiriciliyini yaxşılaşdırır. Kİmlərə olar: ürək fəaliyyəti pozulanlar, təzyiq xəstələri, anqionevrozlar, taxikardiya, klimakterik nevroz, səbəbsiz panika, nevrozlar, yuxu pozulması, ürək çırpınması, nevrotik tutmalar

Bir azca suya 10-15 damcı qatıb gündə 1-2 dəfə içmək olar

2. Valerian cövhəri

Göstərişləri: həddən artıq əsəbi oyanıqlıq, nevroz, yuxusuzluq, əsəbə bağlı mədə-bağırsaq spazmları, baş ağrıları, nevrotik ürək sancıları,ürək-damar nevrozları,isteriya, psixoz

3. Pion bitkisi cövhəri

Bu möcüzə vasitə distoniya, vegetativ distoniya, nevrozlar, depressiya, əsəb gərginliyi, yuxusuzluq, hipertonik krizlərdə əla təsir edir.