Hansı hava koronavirusa mənfi təsir edir?


Digərləri 04 Apr 2020 21:45:00 160 0

Hansı hava koronavirusa mənfi təsir edir?

Havanın koronavirusa təsiri növbəti dəfə araşdırılıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın məşhur Yel Universitetinin alimləri bununla bağlı gəmiricilər üzərində tədqiqat aparıblar. Məlum olub ki, rütubətli hava koronavirusa mənfi təsir edir. Nisbi hava rütubəti 40-60 faiz arasında olduqda SARS-CoV-2 virusunun xəstədən sağlam adama keçməsi halları azalır. Məlum olub ki, gəmiricilər virus hissəciklərini daha çox aşağı rütubət şəraitində sağlam qonşularına ötürürlər.

Alimlər qeyd edirlər ki, quru hava otaqda virusun hərəkətini əhəmiyyətli dərəcədə asanlaşdırır, həmçinin tənəffüs yollarının virus hissəciklərini kənarlaşdırmaq imkanını azaldır. Bundan əlavə, immunitet sisteminin patogenlərə reaksiya qabiliyyəti daha quru şəraitdə azalır.

Bununla yanaşı, mütəxəssislər göstərir ki, tropik iqlim şəraiti, yəni həddən artıq rütubət virusun yayılması üçün əlverişli mühit  yaradır, çünki virus hissəciklərinin səthlərə tez çökməsinə imkan verir.