Pandemiya Üçüncü dünya müharibəsinin qarşısını alıb, onu əvəzlədi!


Digərləri 04 Apr 2020 21:35:00 141 0

Pandemiya Üçüncü dünya müharibəsinin qarşısını alıb, onu əvəzlədi!

Koronavirus nəzarətdən çıxır. Pandemiyanın piki hələ qabaqdadır. Məlumdur ki, ÜST tövsiyələrinə uyğun olaraq evdə qalmaq, izolyasiya, şəxsi gigiyena bu bəladan qorunmağın əsas yoludur. Artıq insanlarımızın böyük əksəriyyəti evdədir. Küçələrdə olanlar da yaxın günlərdə evlərə yığışdırılacaqlar. Birmənalı olaraq, EvdəQal kampaniyasına hamı dəstək olmalı və buna riayət etməlidir. Nizam-intizam bu krizisdən çıxmaq üçün əsas şərtdir və bu situasiyada dövlətimizin bizə söylədiklərini hamımız yerinə yetirməliyik! Lakin EvdəQalmaq pandemiyaya qalib gəlməyi mümkün edəcəkmi? EvdəQal kampaniyası 20 apreldə bitəcəkmi?

Son.az medicina.az-a istinadən Azərbaycanın tanınmış tibb mütəxəssisi, professor Vuqar Məmmədovun bu mövzuda geniş təhlilini təqdim edir.

EvdəQal kampaniyası da uzanacaq, xəstələrimizin sayı da artacaq

Elmi məlumatlara əsaslanan proqnozlar a apreldə pandemiyanın səngiməsi barədə müsbət cavab verməyə imkan vermir. EvdəQal kampaniyası da uzanacaq, xəstələrimizin sayı da artacaq. Bunu hamımız bilməliyik. Lakin gündəlik həyəcanlı məlumatlar bizi qorxutmamalı, təşvişə salmamalıdır, biz buna hazırlıqlı olmalıyıq.

Panika, stress, həyəcan, bədbinlik immun sistemimizi dağıdır, ruhi sağlamlığımızı pozur. Sağlam qalmağımız məqsəddirsə, tək fiziki yox, ruhi cəhətdən də sağlam qalmalıyıq.

Müqəddəs Quran--Kərim deyir ki, düşündüyümüz hər bir zərərdə bir xeyir ola bilər, hər bir xeyirdə də bir ziyan. Bu gün bütün dünya bu müsibəti yaşayır.

Əl-Bəqərə surəsinin 45-ci ayəsi "müsibət vaxtında səbr etməklə Allahdan kömək diləyin" deyir: "Bu ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyil". Bir çox işlərə bu gün şükür edərək evdə qalaq və Allahdan ölkəmizə, xalqımıza, millətimizə kömək diləyək. Eyni zamanda məni narahat edən məqamlar vardır ki, onları bölüşmək istərdim:

Pandemiya Üçüncü dünya müharibəsinin qarşısını alıb, onu əvəzlədi!

1) Bu pandemiya bu vaxta qədər olan digər pandemiyalardan, epidemiyalardan fərqli olaraq tək tibbi-bioloji bir problem deyil. Bu, insan əli ilə yaradılmış və insanların sağlamlıq və həyatına qarşı yönəldilmiş elə bir virusdur ki, o ciddi qlobal siyasi, sosial, iqtisadi, maliyyə və s. problemləri yaradır. Bunun bioloji silah kimi qəbul edilməsi artıq çox ekspertlər tərəfindən də səsləndirilir. Bildirilir ki, bu, tək pandemiya deyil, bu, müharibədir! Tam aydın olmasa da, ya Çin, ya ABŞ tərəfindən başlanan müharibə!

Üçüncü dünya müharibəsi artıq yetişirdi. İllərlə qurulan beynəlxalq güclər tarazlığı, dünyanın düzəni çalxalanmağa başlamış, ümumi qəbul edilən beynəlxalq hüquq iflic olmuşdur.

Pandemiya üçüncü dünya müharibəsinin qarşısını alıb, onu əvəzlədi. Hərbi müharibəni iqtisadi müharibəyə çevirdi. İqtisadiyyat çökdürüləcək. Turizm, idman, otel, sərgi, konfrans, restoran, şadlıq evləri, logistika, xab, avia, dəniz, kruiz nəqliyyat bizneslərinə güclü zərbə vuruldu. Transmilli şirkətlər, bütün servis biznesləri öz fəaliyyətini dayandıracaq.

Avropa Birliyi və bir çox digər ölkələrdə dəyişikliklər baş verəcək, dəyərlər dəyişəcək, demokratiya unudulacaq, qlobal düzən dəyişəcək. Udan və uduzanlar olacaq. Liderləri güclü olanlar, iqtisadi yastığı möhkəm olanlar qala biləcək, belə liderləri olmayanlar batacaq!

Pandemiya heç bir şey etməsək belə, özü-özlüyündə də bir gün bitəcək. Yaşayan insanların 90%-nın həyatlarının davamı ilə. Lakin bunun məqsədi iqtisadiyyatı çökdürmədən pandemiyanın xoşbəxt sonunu təmin etmək deyil, məqsəd iqtisadiyyatı çökdürərək müxtəlif ölkələrdə vəziyyəti nəzarətə almaqdan ibarətdir.

Pandemiyaya qalib gəməyin 2 yolu var:

2) Koronavirus infeksiyasının hələ heç bir müalicəsi yoxdur və peyvəndin də yaxın aylarda tapılması mümkünsüzdür. Odur ki, çalışın yoluxmayın, evdə qalın, şəxsi gigiyena tövsiyələrinə riayət edin. Onu da bilməlisiniz ki, hamı evdə qalsa belə, yenə də hər gün yeni xəstələrimiz peyda olacaq.

Apardığımız testlərin sayı artdıqca koronavirusa yoluxmuş insanlarımızın sayı artacaq, özü də bütün respublika üzrə. Sayın artması qorxunc olsa da, burada da müsbət tərəflər vardır. Bilin ki, pandemiyaya qalib gəlmək üçün 2 yol var:

- ya peyvənd ixtira olunmalı,

- ya da ölkə əhalisində (dünyadan izolyasiyadan sonra) xəstəliyə qarşı immunitet yaranmalıdır.

Başqa yol yoxdur. Bunların hər ikisi üçün zaman və səbr lazım. İmmunitetin yaranması üçün əhalimizin əhəmiyyətli bir faizinin bu xəstəliyə yoluxaraq sağalması lazım. Odur ki, EvdəQal kampaniyası yoluxma prosesini ləngitmək üçün faydalıdır, ona qalib olmaq üçün kifayət deyil.

Xoş xəbər odur ki, virus nə qədər virulent olsa da, çox ölümcül deyil. Hətta ən pis ssenarisi olan ölkələrdə belə (İtaliya, İspaniya) ölüm faizi 10%-dan çox deyil. Səhiyyəsi yaxşı səviyyədə olan ölkələrdə bu faiz 1.5 - 4% arasındadır (Almaniya, İsrail, Türkiyə).

Yəni yoluxan hər 10 nəfərdən 9-u sağalır. Yoluxanların əksəriyyəti yüngül formada xəstəliyi keçirib normal həyata qayıda bilir. Bu çox yaxşı bir haldır. İtaliyanın səhiyyəsinin bərbad vəziyyətdə olması hələ sovet vaxtlarından "İtalyanların Rusiyada inanılmaz macəraları" filmindən hamımıza yaxşı bəllidir. Məhşur komediyanın başlanğıcında, təcili yardım sanitarları xəstəni palatada boş yataq olmadığı üçün dəhlizdə yerləşdirmək istəyirlər. Şükür ki, səhiyyəmizin sovet dövrü olub...

Əsas məqsəd iqtisadiyyatı çökdürmək, kütləvi panika və psixoz yaradaraq dövlətləri iflic vəziyyətə salmaqdır!

3) Şübhəsiz, bu əsl krizisdir. Lakin bu krizis insanların fiziki mövcudluğuna qarşı yönəlməyib. Əks təqdirdə, ölüm faizi daha çox olan xəstələnmə virusunun tətbiq edilməsinə nə mane olurdu? Bu krizisin əsas məqsədi - iqtisadiyyatı çökdürmək, kütləvi panika və psixoz yaradaraq dövlətləri iflic vəziyyətə salmaq və ya ola bilsin ki, siyasi proseslərə təsir göstərməkdir.

Bunun qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah nəzərə almalıdır ki, əgər insanları uzun müddət evdə saxlamaq lazım olacaqsa - bu da lazım olacaq - o zaman, uzun sürəli, davamlı və effektiv strategiya üçün insanları qorxutmaq yox, onları rahatlaşdırmaq lazımdır. Bu rolu da KİV-lər yerinə yetirməlidir. Ancaq əfsuslar olsun ki, KİV-lər əks fəaliyyət göstərir. Bu, bəlkə Qərargahın tapşırığıdır ki, insanları qorxudaraq evdə saxlayaq. Qısa müddətli hədəfə çatmaq üçün bu doğru ola bilər, lakin bu prosesi uzun müddətli düşünməliyik.

İNSANLARI QORXU İLƏ ÇOX SAXLAMAQ OLMAZ

İnsanlari qorxu ilə 1-2 həftə saxlamaq olar. Lakin bunu daha çox müddət etməli olacağıqsa, burada vətəndaşların, millətin uzun surədə psixoloji durumunu fikirləşməliyik. Bunu flaşmoblarla, roliklərlə yox, obyektiv məlumatla etməli, sağalan insanlar barədə, karantindən çıxanlar barədə faktlarla təqdim etməliyik.

Təkliflərimi Qərargaha göndərmişəm. Krizis zamanı kommunikasiya, əhali ilə məlumat mübadiləsi doğru və dürüst olmalı, insanlar evdə qorxu və panika içində yox, doğru, obyektiv məlumatla təmin edilməlidirlər.

Əfsuslar olsun ki, KİV-lərin əhali ilə məlumat mübadiləsində koronavirus infeksiyası ölümlə bərabərləşdirilir. Televiziyada, internetdə oxuduğumuz materiallar evdə oturan insanları panikaya, stresə, depressiyaya salır. İnsanlar ruhən sarsılır. Gün ərzində oxuduğumuz 10 məlumatdan 9-u neqativdir. Bu hansı məqsədləri güdür?

Dünən televiziya verilişi zamanı dəvət olunduğum bir saatlıq proqram yarısına qədər qısaldıldı. Səbəb o oldu ki, elə danışmalıyam ki, insanları qorxudum, xəstəliyi, xəstələnməni ölüm ilə eyniləşdirim. Bildirirdim ki, evdə qalmaq lazımdır, lakin xəstəlikdən qorxmaq lazım deyil. Çünki ÜST-nin tövsiyələri, dünya statistikası göstərir ki, xəstələnənlərin 80 %-ı xəstəliyi yüngül formada keçirir. Hər 5-6 nəfərdən yalnız biri xəstəxanalıq olur və əksəriyyəti birmənalı olaraq sağalır. Bu onların xoşuna gəlmədi. Dedilər ki, infeksiya ölümlə bərabərləşdirilməlidir.

Bu mövge ilə qəti razı deyiləm, bunu qəbuledilməz hesab edirəm. KİV-lərin vəzifəsi həqiqəti öyrənməkdir və həqiqəti söyləməkdir. Eksperti susdurmaq, əvəzində təsadüfi adamları çağırıb ordan-burdan istədiklərini danışdırmaq olmamalıdır. Müğənnilər, şoumenlər, mədəniyyət işçiləri, deputatlar, bəzi mətləbdən və elmdən uzaq həkimləri də dəvət edib istədiklərinizi dedizdirəcəksinizsə, bu media azadlığı olmadı. Belə bir məqsəd güdülürmü?

Əgər güdülürsə, bunun bir sərhədi olmalıdır. Tibbdə verilən dərmanın dozası düz seçilməlidir. Yaxşı dərman belə artıq dozada toksik, bəzən ölümcül təsir göstərir. Yalan danışmaq lazım deyil, yalanın bu qədər böyük dozada verilməsi ilə, qorxu ilə insanları idarəetmək lazım deyil, panika yaratmaq olmaz. Ona görə də, digər ölkələrin danışan nüfuz sahiblərinə əhalimizin inamı, özümüzünkülərə inamdan daha çoxdur. Türkiyə səhiyyə naziri, Rusiyanın baş sanitar həkimləri, baş məhkəmə-tibbi eksperti...