Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu


Digərləri 04 Apr 2020 21:18:00 109 0

Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumat Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nında öz əksini tapıb.

Qeyd olunub ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) üçün 300 min nəfərə 80 manat vəsait ayrılacaq.